Həkimi xəstəxanada ağır xəstənin atası qınaqla
qarşıladı:
-Mənim oğlum ölüm ayağındadır, nə üçün
gecikirsiniz?! Öz
oğlunuz olsaydı belə edərdinizmi?!
Cərrah dedi:
-Mənə xəbər çatan kimi tələsik gəlmişəm. Bir
də unutmayın ki, həyat və ölüm Allahın əlindədir.
Cərrah əməliyyat otağına daxil oldu. Əməliyyat iki
saat çəkdi.
Cərrah otaqdan çıxıb dəhlizdəki atanın yanından
sakitcə ötüb keçdi. Ardınca köməkçi həkim çıxdı.
Ataya “oğlunuz yaşayacaq” – dedi. Ata bir an sevindi. Sonra
yenə qəzəblənib dedi:
-Cərrah pis adamdır. Nə olardı çıxanda mənə xoş
xəbər verəydi?!
Köməkçi həkim cavab verdi:
-Cərrahın oğlu avtomobil qəzasında dünyasını dəyişib. Biz
hekimi dəfn mərasimindən çağırdıq. O gözəl
insandır. Oğlunun dəfn mərasimi başa çatmamış
sizin oğlunuzu xilas etmək üçün xəstəxanaya
gəldi…