Bəli Azərbaycan ordusu, Azərbaycan əsgəri əsl qəhrəmanlıq , mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi.Düşmənin 30 il ərzində qurduğu , milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi. Müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu.
8 Noyabr Qarabağa qovuşduğumuz tarix. Şanlı tariximizə daxil olan “Zəfər Günüdür”. 06.11.2023 cü il tarixində Sumqayıt şəhər internat tipli gimnaziyada bayram tədbiri keçirildi. Gimnaziyanın rəhbərliyi , kollektivi adından bu tədbirdə iştirak edən şəhid ailələri , döyüş iştirakçıları, qazilərimiz, gənc müğənnimiz, şairimiz hər birinizə ayrı-ayrılıqda minnətdarıq.
QARABAĞ AZƏRBAYCANDIR!
















































































































































