20 oktyabr 2022-ci il tarixində Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimindən sonra Cəbrayıl şəhərində dövlət başçılarının mətbuata verdikləri birgə bəyanat zamanı Prezident İlham Əliyev bildirdi ki, Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyənatında çox mühüm mesajlar vermişdir.
Xatırladaq ki, Zəngilan hava limanının təməli 2021-ci il aprelin ayının 26-da Prezident İlham Əliyev tərəfindən qoyulub. May ayından isə Mina Təmizləmə Agentliyi tərəfindən ərazinin minalardan, partlamamış hərbi sursatlardan təmizlənməsinə başlanılıb. Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından strateji əhəmiyyətə malik avtomobil və dəmir yolları keçəcək. Həmçinin Zəngilanda açılışı olan beynəlxalq hava limanı regionun inkişafında mühüm əhəmiyyəti olacaq. Hava limanın ümumilikdə Qarabağın əhəmiyyətli nəqliyyat qovşağına çevrilməsində önəmli rolu olacaq. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturunu da gücləndirəcək.
Türk dünyasının iki lideri növbəti dəfə Türk düşmənlərinin ürəyinə dağ çəkdilər – dağlar qoynuna böyük bir projelərin reallaşması prosesində yanaşı dayanmaqla, birgə addımlamaqla! Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı, daha sonra Cəbrayıl rayonuna səfər etmələri son illərin növbəti möhtəşəm hadisəsi oldu. Zəngilanın işğaldan azad edilməsinin ikinci ildönümü günündə reallaşdı ki, bunun də rəmzi mənası var idi. Bununla Azərbaycan bütün dünyaya nəyə qadir olduğunu növbəti dəfə sübuta yetirdi. İndi dünya görür ki, bu torpağın əsl sahibi kimdir.
20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanatda 44 Günlük Vətən Müharibəsində ölkəmizin inamlı Qələbəsinə diqqət çəkən Prezident İlham Əliyev iki il öncə Zəngilan azad olunduqdan bir neçə gün sonra Qubadlının erməni işğalından azad edildiyini və Azərbaycan Ordusunun bir qruplaşmasının Laçın, digər qruplaşmasının isə Şuşaya istiqamətləndiyini xatırlatdı. Noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edilib, Azərbaycan Bayrağı qaldırılıb və ondan sonra Ermənistan təslim olduğunu qeyd etdi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev həmçinin çıxışında bildirdi, bu şanlı tarixi Azərbaycan və Türkiyənin müştərək tarixidir. Çünki hər zaman olduğu kimi qardaş Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstəyi savaşın son gününə qədər davam etdi. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı.
İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir.
Bu gün biz ölkəmizin uğurlarına sevinirik, iki qardaş ölkənin atdığı və atacağı hər bir əhəmiyyətli addımı dəstəkləyirik.