“Newpost.az” xəbər verir ki, hadisə ötən gün axşam saat 18:45 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində qeydə alınıb.
Maşinist Mahir Ağayev və maşinist köməkçisi Pirverdi Həbibovun idarə etdiyi, Sərnişin Daşımaları Departamentinə məxsus “Stadler-EŞ- 019” saylı Biləcəri-Keşlə-Bakı istiqamətində hərəkət edən sürətli elektrik sərnişin qatarı dəmiryolunu keçən A.Məmmədovu vurub.
A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.