“Liverpul”un müsəlman ulduzu Böyük Britaniya Krallığının “Sunday Times” nəşrinin xeyriyyəçi donorlar siyahısında səkkizinci yeri tutaraq bir daha yüksək səxavət dərəcəsi nümayiş etdirib.
“Newpost.az” xəbər verir ki, İngilis qəzetinin yaydğı məlumata görə, Misir millisinin kapitanı son üç il ərzində sərvətinin 6 faizindən çoxunu – əsasən də öz ölkəsində- səhiyyəyə bağışlayıb.
“Salah 2019-cu ildə bomba yüklü avtomobildə ciddi zədələndikdən sonra Qahirədəki Milli Xərçəng İnstitutuna 2,4 milyon funt sterlinq ianə edib” – “Sunday Times” yazır.
“Salah Qahirə Milli Xərçəng İnstitutuna səxavətli ianə ilə yanaşı, 2021-ci ilin yayında başlayan Kembric Universitetinin Təqaüd Təşəbbüsündə də iştirak edib və bu, universitetin qara dərili tələbələrinin sayının 50 faizdən çox artmasına və 200-ə çatmasına kömək edib.
Müsəlman futbolçu üç və ya dörd il ərzində adambaşına 20,000 funt sterlinq dəyərində 30 qrant verib ki, bu da ən azı 1,8 milyon funt-sterlinq ekvivalentinə bərabərdir”- deyə Britaniya nəşri bildirir.















































































































































