Türkiyə Respublikasının Dənizli vilayətinin Çameli bələdiyyəsindən olan nümayəndə heyəti Biləsuvar rayonunda rəsmi səfərdə olub.
“Newpost.az” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən fotoşəkillərə baxıblar.
Daha sonra Biləsuvar rayonu ilə Türkiyə Respublikasının Dənizli vilayətinin Çameli bələdiyyəsi arasında dostluq əlaqələrinin qurulması haqqında protokol imzalanıb.
Eyni zamanda Türkiyə Respublikasından gələn nümayəndə heyəti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ata yurdunu və Ev Muzeyini də ziyarət ediblər.
















































































































































