Bu gündən Misirin “Air Cairo” Hava Yolları Bakı ilə Şarm Əl-Şeyx arasında həftədə bir dəfə – cümə günü olmaqla, birbaşa uçuşların bərpasına qərar verib.
“Newpost.az” xəbər verir ki, bu barədədə Modern.az-a Misirin Azərbaycandakı səfirliyindən bildirilib.
Məlumata görə, Bakı ilə Şarm Əl-Şeyx arasında birbaşa aviareysin bərpası Azərbaycandan Misirin turizm şəhərlərinə turist axınının artırılması üçün mühüm addımdır.