Nizami Kino Mərkəzində mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.
“Newpost.az” xəbər verir ki, mərasimdə mərhumun dostları, qohumları, rəsmilər iştirak edir.
Qeyd edək ki, R. İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. O, I Fəxri xiyabanda dəfn olunacaq.



















































































































































