Əsas səhifəSiyasətDeputat İlham Məmmədov: “Azərbaycan və Rusiya arasında imzalanmış Bəyənnamə gələcək perspektivlərdə ölkəmizin təhlükəsizlik təminatıdır”
Deputat İlham Məmmədov: “Azərbaycan və Rusiya arasında imzalanmış Bəyənnamə gələcək perspektivlərdə ölkəmizin təhlükəsizlik təminatıdır”
Ölkəmizin siyasi həyatının daha bir tarixi gününün şahidi olduq 22 fevral 2022-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iki dost, qardaş ölkə, münasibətlərini ən yüksək səviyyədə həm də məhz ölkəmizin milli maraqlarının rəsmi olaraq qorunacağını özündə əks etdirən müttəfiqlik bəyannaməsi imzalandı.
Diplomatik münasibətlərimizin mövcud olduğu 30 il ərzində bu münasibətləri qoruyaraq onu ən yüksək müttəfiqlik səviyyəsinə aparan yol heç də rahat olmayıb. Bu barədə Moskva bəyannaməsi imzalandıqdan sonra mətbuata açıqlamasında Möhtərəm Prezidentimiz söylədi ki “Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır”. Bu həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq.
İki ölkə arasında imzalanmış 43 maddədən ibarət olan müttəfiqlik haqqında bəyannamədə əsas məqsədin fəlsəfisi ondan ibarətdir ki, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik, qarşılıqlı fəaliyyət əsasında qurur, aktual beynəlxalq problemlər üzrə eyni və yaxın mövqelər tutmaqla, o cümlədən ikitərəfli səviyyədə daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Rusiya kimi nəhəng bir hərbi iqtisadi gücə malik olan bir qonşu dövlətlə bu səviyyədə müttəfiq olmaq gələcək perspektivlərdə də ölkəmizin təhlükəsizlik təminatıdır. Ən əsas məsələ isə odur ki iki qonşu ölkələr aradandakı bu münasibətlərdə ölkəmizin milli maraqlarının bir mənalı qəbulu rəsmiləşdirilmiş olur.
Bu əməkdaşlıq həm də ölkəmizə qarşı hər hansı bir xarici təhdidlərə tutarlı bir sipərdir. Bu bəyannamə ilə biz yaxın qonşumuz və dostumuz olan Rusiya ilə birgə bəyan edirik ki, üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi siyasi əməkdaşlığı inkişaf etdirərək həm ölkələrimizin təhlükəsizliyini etibarlı qoruyacaq, həm də Rusiya-Azərbaycan birgə səyləri ilə Qarabağda sülhün, Xəzər regionunda və Avropa məkanında əməkdaşlığın bundan sonrada sanballı və həlledici töhfə verəcək bir əməkdaşlıqdır.
2021-ci ilin 15 iyun tarixində qardaş turkiyə ilə mutəfiqlik haqqında bəyannamə imzalanmışdır və bu tarixə Şuşa bəyannnaməsi kimi həkk olunmusdur. Bu gün də Moskva bəyannaməsi kimi tarixə düşəcək Rusiya ilə Azərbaycan arasındakı müttəfiqlik bəyannaməsi də ölkəmizin daha bir təhlükəsizlik zəmanətinin etibarı tətəfidir. Bunu deməyə bizə əsas verən səbəblərdən biri də məhz 44 günlük vətən müharibəsi zamanı Rusiyanın bu savaş zamanı sərgilədiyi mövqeyidir. Birincisi Rusiya bu haqq savaşında Azərbaycanın haqlı mövqeyinə qarışmadı, mane olmadı. Baxmayaraq ki, KTMT üzvü olan Ermənistan bu təskilatın müdaxiləsi ücün dəfələrlə müraciət etdi və təxribatlara əl atdı. Lakin Rusiyanın bu təxribatlara və müraciətlərə məhəl qoymaması və zəfər qələbəmizdən sonra Ermənistanın təslimçilik aktının qəbul olunmasındakı və sonrakı proseslərdəki fəaliyyəti məhz Moskva bəyannaməsini imzalamaqla daha bir etibarlı tərəfdaşımızın Rusiya Federasiyası olmasını biz də rəsmi və hüquqi sənədlə bəyan etmiş olduq. Əlbəttə bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ağıllı, düşünülmüş cəsarətli xarici siyasətinin məntiqi nəticəsidir. Dünyada bu gün beynəlxalq hüququn işləmədiyi haqqın, ədalətin olmadığı bir geosiyasi reallıqlarda ölkəmizin təhlükəsizliyi və dostlarımızın sayının çoxalması bizim ücün çox önəmlidir.