Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 9 400 yoluxma halı qeydə alınıb, 34 nəfər ölüb.
“Newpost.az”ın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 548 893, ölənlərin sayı isə 15 856 nəfərə çatıb. Virusa yoluxanlardan 1 388 534 nəfərin sağaldığı bildirilib.