Bugün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Ordusuna dəstək yürüşü nümayiş etdirilib.
Bu barədə “Newpost.az”a Rusiyada yaşayan həmvətənlərimiz məlumat verib.
Belə ki, Sankt-Peterburq şəhərində yaşayan yüzlərlə Azərbaycanlı Ermənistan təcavüzkarlarının Tovuz rayonu istiqamətində törətdikləri təxribatlara etiraz olaraq dinc aksiya keçirib.
Aksiya iştirakçıları əllərində Azərbaycan bayraqları maşın karvanı ilə şəhərin mərkəzi meydanına yürüş ediblər.














































































































































