Dekabrın 9-da futbol üzrə UEFA Konfrans Liqasında qrup mərhələsinin VI turunun oyunları keçirilib.
“Newpost.az” xəbər verir ki, 8 qrupda keçirilən 16 qarşılaşma ilə 2021-2022-ci illər mövsümün qrup mərhələsinə yekun vurulub.
“Qarabağ”ın yer aldığı H qrupunda Kiprin “Omoniya” klubu öz meydanında Qazaxıstanın “Kayrat” komandası ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
İsveçrədə “Bazel”ə 0:3 hesabı ilə uduzan Azərbaycan təmsilçisi “Qarabağ” pley-offda mübarizəni davam etdirəcək.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubu C qrupundakı son sınağında Rusiyanın “Spartak Moskva” klubunu qəbul edib. Rəqibi ilə heç-heçə edən və minimal hesabla uduzan Varşava təmsilçisi qrupda sonuncu pilləni tutaraq avrokuboklarla vidalaşıb. Meydana start heyətində çıxan Emreli 72-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb: