Azərbaycanda 2021-ci ilin yanvar-sentyabr aylarında baş verən yol-nəqliyyat hadisələri nəticəsində 504 nəfər həlak olub.
Dövlət Statististika Komotəsndən verilən məlumata görə, həmin müddət ərzində 1171 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda zərər çəkən şəxslərin sayı 1,3 faiz artaraq 1547 nəfər olub. Baş verən qəzalarda 1043 nəfər isə yaralanıb.