Əziz oxucularımız və sosial şəbəkə izləyicilərimiz!
Tanınmış fizioterapevt-reabilitoloq həkim Gülay Qurbanzadə sizlərin suallarını instagramda canlı olaraq cavablandıracaq.
İzləyicilərimizin çoxsaylı istəyini nəzərə alaraq, “Canlı ünsiyyət” layihəsinin bu həftə nəzərdə tutulan canlı efirinin qonağı qismində tanınmış fizioterapevt-reabilitoloq həkim Gülay Qurbanzadəni dəvət etmişik.
Canlı yayım 6 noyabr 2021-ci il tarixində saat 21:00-dan etibarən “newpost_az” və “dr.gulayqurbanzade” instagram səhifələrində baş tutacaq. Gülay Qurbanzdə “Uşaqlarda və böyüklərdə onurğa problemləri” mövzusunda sizlərin öncədən və canlı yayım müddətində bizə ünvanlayacağınız sualları cavablandıracaq.
Suallarınızı rəsmi instagram səhifəmizdə (newpost_az) paylaşımın rəy və ya mesaj bölməsinə yaza bilərsiniz.
Qeyd: Canlı yayım müddətində izləyicilərimiz səhifənin rəy və ya mesaj bölməsinə həm öz fikirlərini, həm də əlavə suallarını ünvanlaya bilərlər.