“Siz heç Biləsuvarı ŞƏHİDSİZ gördünüzmü?” Tanrı Azərbaycan dövlətini, əsgər və zabitlərini qorusun. Allah şəhidlərimizə rəhmət eləsin. Göylərə ucalan ruhunuz qarşısında baş əyirik!
Bu sözləri “Newpost.az”a açıqlamasında Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Biləsuvar rayon təşkilatı Qadınlar Şurasının sədri Ləman Yüzbaşova bildirib.
O, qeyd edib ki, Allahım, şəhidlərin ruhu xətrinə bizi öz əzəli torpaqlarımızda, doğma Qarabağımızda bərqərar eylə!
Qeyd edək ki, ötən gecə Tovuz istiqamətində gedən döyüşlərdə Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Rəşad Mahmudov Biləsuvar rayonundandır.
Xatırladaq ki, Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov da məhz bu rayondan olub.