Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) onuncu plenar iclası sentyabrın 27-28-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək.
“Newpost.az”ın xəbərinə görə, bu barədə Qazaxıstan Məclisinin (aşağı palata) mətbuat xidməti Məclisin sədri Nurlan Niqmatulinin TürkPA-nın baş katibi Altınbek Mamayusupovla görüşünün yekunlarına dair yaydığı məlumatda bildirir.