Ukraynada partlayış nəticəsində iki turist həlak olub.
“Newpost.az” xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayıb.
Məlumata əsasən, insident İvano-Frankovsk vilayətində baş verib. Bildirilir ki, 12 nəfərdən ibarət turist qrupu Voronenko kəndi yaxınlığında ocaq qalamaq istədikdə naməlum səbəblərdən partlayış baş verib. Nəticədə, 2 nəfər həlak olub, 3 nəfər yaralanıb, 1 nəfər isə kontuziya alıb.
Xilasedicilərin sözlərinə görə, yaralıların aşkar olunması və təxliyyəsi üçün hadisə yerinə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin 30 əməkdaşı və 6 texnikası cəlb olunub.