“Qarabağ” bu gün Avropa Konfrans Liqasında növbəti matçına çıxacaq.
“Newpost.az” xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv Şotlandiyada “Aberdin”lə qarşılaşacaq. Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisinə mərhələ adlamaq üçün heç-heçə də sərf edəcək.
Son 7 ildə bir dəfə Çempionlar Liqası, altı dəfə Avropa Liqasının qrupunda oynayan “Qarabağ” uğurlu seriyasını davam etdirməyə çalışacaq.