İyulun 21-dən Azərbaycanda səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanına ziyarət ediblər.
“Newpost.az”ın xəbərinə görə, qonaqlar Heydər Əliyev Mərkəzində və Xalça muzeyində olublar.
Nümayəndə heyətinə Milli Assambleyada Fransa-Azərbaycan Dostluq qrupunun vitse-prezidenti Jerom Lamber, Dostluq qrupunun katibi Jan-Lük Reitser, deputatlar Sandrin Morş, Karol Buro Bonnar və Frederik Dumas daxildir.
Səfər çərçivəsində fransız deputatlar bir sıra rəsmi görüşlər keçirəcək. Eyni zamanda, deputatların Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri də nəzərdə tutulub. Səfərin əsas məqsədi fransız deputatların Vətən müharibəsindən sonra regionda yaranmış yeni situasiya haqqında daha ətraflı məlumat almasına imkan yaratmaqdır. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində real vəziyyəti öz gözləri ilə görəcəklər. Fransız parlamentarilər Vətən müharibəsi zamanı Ermənistanın Gəncəyə raket və artilleriya zərbələri nəticəsində baş vermiş dağıntılarla da tanış olacaqlar.