“Newpost.az” xəbər verir ki, Mərakeş əsilli belçikalı yarımmüdafiəçi bu gün Sloveniyanın “Domjale” klubu ilə yoxlama matçında sıradan çıxıb.
Bu oyunda komandasının start heyətində meydana çıxan futbolçu qasıq nahiyyəsindəki ağrılar səbəbindən 36-cı dəqiqədə Ömər Buludovla əvəzlənib. 24 yaşlı oyunçunun zədəsinin nə dərəcədə ciddi olduğuna qarşıdakı günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, “Neftçi” “Domjale” ilə oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb