“Bu gün Vətən Müharibəsi iştrakçısı Şəhid Elşən Musayevin cənnətdə ilk mövluduna həsr olunmuş tədbir keçirilib.
“Newpost.az” xəbər verir ki, bununla bağlı “Buta” körpələr evi – uşaq bağçasının rəhbəri Günay Ağamalı öz facebook hesabında paylaşım edib.
O, qeyd edib ki, Şəhidimizin böyük qız balası Ayşənlə çox yadda qalan görüşümüz oldu. Şəhid Elşən Musayevin balaca qız övladı Dəryanura “Buta” körpələr evi – uşaq bağçasında ödənişsiz təhsil almaq hüququ verdim. Hər kəs öz imkanı daxilində övladlarını bizlərə əmanət edən Şəhid qardaşlarımızın ailəsinin, övladlarının yanında olmalı, diqqət və qayğısını onlardan əskik etməməlidir. Rəbbim bütün Şəhidlərimizə rəhmət eləsin, qazi qardaşlarımızdan can sağlığını əsirgəməsin. Amin!
















































































































































