“Respublika ərazisində 7 milyon kiloqram tibbi tullantı formalaşıb”.
“Newpost.az” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvət Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov nazirliyin feysbuk səifəsində yayımlanan “Ekspert saatı” verilişində bildirib.
O qeyd edib ki, tullantılar 4 kateqoriyaya – “A”, “B”, “C” və “D” kateqoriyalarına bölünür:
“A” kateqoriyasına ancaq məişət tullantıları daxildir. “B” və “C” kateqoriyasına daxil olan tullantılar isə təhlükəli və xüsusi təhlükəli tullantılardır. Utilizasiya olunana qədər bunlara nəzarət olunmalıdır. Tullantıların 2 milyona yaxını təhlükəli və ciddi təhlükəli “B” v “C” növünə aid olub. Bunun içərisində “COVID-19”la əlaqəli tullantılar da var. Bunların miqdarı isə 26 min kubmetr təşkil edib və bütün bu tullantılar da zərərsizləşdirilib”.