Səbail Rayon Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı bağlı istintaq orqanının təqdimatına baxılıb.
“Newpost.az”ın xəbərinə görə, məhkəmə prosesində təqdimat təmin edilib. Qərara əsasən, Səlim Müslümov barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, Səlim Müslümovun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
-
İçərişəhərdə soyğunçuluq edən şəxs yaxalanıb – VİDEO
-
İmişlidə yol qəzasında sürücü ölüb
-
Ağcabədi sakinindən narkotik götürülüb – FOTO














































































































































