Formula 1-in bu gün baş tutan 3-cü sərbəst yürüşündə qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Red Bull”un məşhur pilotu Maks Verstappenin bolidi divara dəyib.
O, 15-ci dövrədən sonra sərbəst yürüşdən kənarda qalıb.
***
“Aston Martin”in pilotu Lens Stroll da sıralama turunun 15-ci döngəsində təhlükəsizlik maneəsinə çırpılıb. Həmçinin, “Alfa Romeo” pilotu Antonio Covinatsi sıralama turunda qəza törədib.
***
“McLaren” komandasının üzvü Daniel Ricciardo da qəza törədib.
















































































































































