Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində təsnifat mərhələsinə yekun vurulub.
“Newpost.az” xəbər verir ki, “The FTX Crypto Cup”un üçüncü yarış günündə daha 5 tur oynanılıb.
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov görüşlərindən 1 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə ayrılaraq, 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.
Teymur Rəcəbov isə oyunlarından 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə ayrılıb və 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə 34 yaşlı qrossmeysterin 1/4 finala vəsiqə qazanmasına imkan verib.
Çempionlar Turu, VI mərhələ
“The FTX Crypto Cup”
25 may
XI tur
Alan Piçot (Argentina) – Şəhriyar Məmmədyarov – 0:1
Fabiano Karuana (ABŞ) – Yan Nepomnyaşi (Rusiya)
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (Azərbaycan)
Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Çin)
Maksim Vaşye-Laqrav (Fransa) – Uesli So (ABŞ)
Oyunlar 26 – 27 mayda keçiriləcək. 28 – 29 mayda yarımfinal, 30 – 31 mayda final qarşılaşmaları gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.