Futbol üzrə Almaniya kubokunda 2020/21 mövsümünün qalibi müəyyələşib.
“Newpost.az” xəbər verir ki, həlledici oyunda “Leypsiq”lə Dortmund “Borussiya”sı qarşılaşıb.
Final matçı kifayət qədər məhsuldar alınıb. Beş qolun qeydə alındığı qarşılaşma dortmundluların qələbəsiylə yekunlaşıb – 4:1.
Bununla da “Borussiya” tarixində 5-ci dəfə Almaniya kubokunun qalibi olub. Bu baxımdan Dortmund təmsilçisi “Şalke” və “Ayntraxt”a (Frankfurt) çatıb. “Verder” 6 dəfə kubokun ən güclüsü olub. Rekord isə “Bavariya”ya məxsusdur – 20 dəfə.