Alın bölgəsi, bir çox hallarda bizi yalnız qocalma zamanı deyil, gənc yaşlarımızda da qırışlarla özünə cəlb edir. Cəmiyyətdə qırışlar “qocalma” standartı olaraq qəbul edilib. Amma alın qırışları, ümumiyyətlə mimik qırışlar qocalma əlaməti deyil!… Sadəcə estetik baxımından bizi narahat edən problemdir. Lakin bu problemi zamanında həll etmədikdə, daha ciddi bir problemlə, mimik qırışların statik qırışlara keçməsi ilə rastlaşa bilərik.
Bunu “Newpost.az”a açıqlamasında tanınmış həkim-kosmetoloq Sevinc Əliyeva vurğulayıb.
O, qeyd edib ki, gənc yaşlarımızda (25-30 yaşa qədər) kallogen və elastin siztezinin aktivliyinə görə mimika zamanı əmələ gələn qırışlar sakit halda olmur. Yaş irəlilədikcə isə kallogen və elastin sintezinin aktivliyi azalır və mimika etmədikdə belə alın, gözətrafı nahiyyələrdə qırışlar nəzərə çarpmağa başlayır.
Qırışlar var!..Nə edək???
Üzün yuxarı hissəsinin (alın, qaşarası, gözətrafı) qırışlarını botoksla aradan qaldırmaq olur. Digər prosedurlar botoks kimi 100%-li nəticə vermir. Düzgün və zamanında edilmiş botoksla qırışsız yaş alacaqsız.