Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan “Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərov öldürülüb.
“Newpost.az” Rusiya mediasına istinadən xəbər verir ki, Ə.Heydərov idman zalında qətlə yetirilib. Hadisə bu gün günorta saatlarında baş verib. “Albert Rıjiy”ın qətlində bir neçə nəfər iştirak edib və onlar cinayəti törətdikdən sonra qaçıblar. Qətl zamanı yaxınlıqda kriminal avtoritetin mühafizəçisi olub. Hazırda hadisə yerində polis əməkdaşları araşdırmalara başlayıb.














































































































































