Türkiyədə Hərbi Hava Qüvvələrinə məxsus “NF-5” təyyarəsi qəzaya düşüb.
“Newpost.az” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qəzanın təlim uçuşu zamanı baş verdiyi bildirilib. Qəza nəticəsində təyyarəni idarə edən pilot şəhid olub.
“Konyadakı təlim uçuşu zamanı qəzaya uğrayan Hava Qüvvələrimizin NF-5 təyyarəsinin pilotu şəhid oldu. Qəhrəman pilotumuza Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və Böyük Türk Millətinə başsağlığı və səbr diləyirik”,-deyə nazirliyin tvitter hesabında bildirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəza ilə bağlı tvitter hesabındakı paylaşımında: ‘Konyadakı bir nümayiş təyyarəsinin bir təlim uçuşu əsnasında bir qəzaya məruz qaldığını və pilotumuzun təəssüf ki, şəhid olduğunu çox minnətdarlıqla öyrəndim. Allahdan şəhidimizə rəhmət diləyir, ailəsinə, yaxınlarına, Türk Silahlı Qüvvələrinə və millətinə başsağlığı diləyirəm”,-deyə qeyd edib.














































































































































