Bakının Binəqədi rayonunda yanğın başlayıb.
“Newpost.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
FHN-dən verilən məlumata görə, yanğın 7-ci mikrorayon ərazisində yerləşən “Sobsan” boya fabrikinə məxsus sexdə baş verib. Hadisə yerinə FHN-nin müvafiq yanğınsöndürmə qüvvələri cəlb edilib.















































































































































