Mart ayının 29-u, səhər saat 3-4 radələrində Qubadlı rayonunun N saylı sərhəd zastavasının əsgəri Əli İsmayılovun erməni snayperindən atılan atəş nəticəsində şəhidlik zirvəsinə ucaldığı bildirilir.
“Newpost.az”ın əldə etdiyi məlumata görə, Əli İsmayılov cari ilin iyul ayında hərbi xidmətdən təxris olunmalı idi. Yaxınlarının verdiyi məlumata görə Bakı şəhəri 145 saylı tam orta məktəbin məzunu olan 20 yaşlı Əli təbiətcə sakit, şən və böyük urəkli bir insan olub.
Şəhidin ötən gün dəfn edildiyi vurğulansa da hələlik bu barədə rəsmi məlumat yoxdur.
“Newpost.az” xəbər portalı olaraq, şəhidimizə Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirik!

















































































































































