Şəmkir rayonu Əhməd Cavad adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, rayonun ən tanınmış pedaqoqlarından biri Kəmalə Məmmədova ötən gün axşam saatlarında koronavirusdan vəfat edib.
“Newpost.az”ın əldə etdiyi məlumata görə, Kəmalə Məmmədova 1964 cü ildə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışdır.
O, 30 ildən artıqdır ki, Şəmkir rayonu Əhməd Cavad adına tam orta məktəbində çalışırdı. Onun hazırladığı abituriyentlər hər il yüksək balla ölkəmizin ən tanınmış universitetlərinə qəbul olublar.
“Newpost.az” xəbər portalı olaraq Kəmalə müəllimə Allahdan rəhmət, yaxınlarına, habelə fəaliyyət göstərdiyi məktəbin kollektivinə isə səbr diləyirik!