ABŞ-ın 85 yaşlı yazıçı və ssenaristi Larri Marmertri Texasda vəfat edib.
“Newpost.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun ailəsindən bildirilib.
Yazıçının ölümünə səbəb ürək çatışmazlığı olub.
Marmertri həyatı boyu 50-dən çox əsər yazıb. 1986-cı ildə “Tənha göyərçin” romanına görə Pulitser mükafatını qazanıb. 2006-cı ildə isə rejissor Enqa Linin “Qozbel dağ” filminə görə ən yaxşı adaptə olunmuş ssenari nominasiyasında “Oskar” alıb.