Bu gün Sankt-Peterburqun Pulkovo hava limanında 35 reys ləğv edilib.
“Newpost.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, üç reysin Moskvaya, iki reys olmaqla – Simferopol, Soçi, Çerepovets və Arxangelsk şəhərlərinə uçması planlaşdırılırdı. Bununla yanaşı Tümen, Surqut, Novıy Urenqoy, Perm, Voronej, Omsk, Kazan və Mineralnıy Vodı şəhərlərinə uçuşlar təxirə salınıb.
Eyni zamanda bir neçə xarici uçuşlar da ləğv edilib.