Artıq Azərbaycanda bir ildən çoxdur ki, dini ibadət yerləri və ziyarətgahların fəaliyyəti məhdudlaşdırılıb, kütləvi ibadətlər və tədbirlər dayandırılıb.
“Newpost.az” xəbər verir ki, buna səbəb pandemiya ilə əlaqədar ölkədə tətbiq olunan karantin tədbirləridir.
Sözügedən məsələ müxtəlif vaxtlarda KİV-də işıqlandırılsa da hələlik bu istiqamətdə konkret addımlar atılmamış və qadağanın aradan götürülməsinə dair qərar verilməmişdir.
Ölkədə koronavirusa yoluxanların sayında azalmanın müşahidə edilməsi karantin qaydalarının yumşalması ilə nəticələnib. Belə ki, bir çox sahələrə qoyulan qağalar götürülüb, fəaliyyətləri bərpa edilib.
Mövcud vəziyyətdə Azərbaycanda fəaliyyətinə qadağa qoyulan məscidlər, ziyarətgalar və digər ibadət ocaqlarının fəaliyyətini müəyyən şərtlərlə nə vaxt bərpa edəcəyi böyük maraqla gözlənilir.
Bu gün 80 nəfərlik avtobuslarda 200 nəfərdən artıq sərnişinin daşınmasına, eləcə də qapalı məkanlarda kafe və restoranların tam dolu şəkildə fəaliyyətinə izacə verilsə də, məscidlər, ziyarətgalar və digər ibadət ocaqları hələ də bağlı saxlanılır.
Bu məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də cavab hər zaman eyni olub: “yaxın gələcəkdə məscidlərin də açılması məsələsi müzakirə oluna bilər”.
Ümid edirik ki, tez bir zamanda Operativ Qərargah sözügedən məsələ ilə bağlı öz müsbət qərarını verəcək.