Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Lənkəran şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayon gəncləri arasında keçirilmiş “Vətən naminə” onlayn şahmat turnirinin qalibləri təltif olundu.
“Newpost.az” xəbər verir ki, turnir onlayn formada, İsveçrə sistemində 3+2 formatında olmaqla 90 dəqiqə keçirilmişdir.
Şahmat” turnirinin nəticəsinə əsasən I yeri Jalə Babazadə, II yeri Rakif Quliyev və III yeri Həbib Həbibi tutmuşdur.
Qaliblər karantin rejimi qaydalarına riayət olunmaqla, Lənkəran şəhər Gənclər və İdman İdarəsi tərəfindən təltif olundular.
















































































































































