Bakıda hava şəraiti ilə əlaqədar daha 10 nəfər yıxılaraq müxtəlif bədən xəsarətləri alıb.
“Newpost.az” xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Oxu.Az-a verilən məlumata görə, bu gün saat 13:00-a qədər 10-u kişi, 12-si qadın olmaqla ümumilikdə 22 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.
Yaralılardan ikisinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.