Naftalan şəhər Gənclər və İdman İdarəsinin, YAP Naftalan şəhər Təşkilatının birgə təşkilatçılığı ilə şəhərin bir qrup gənc könüllüsü Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq “Xatirə Kompleksi”ni ziyarət edib, Kompleksdə təmizlik işləri aparıblar.
Aksiya çərçivəsində şəhər Gənclər və İdman idarəsinin, YAP Naftalan şəhər təşkilatının əməkdaşları və gənc könüllüləri şəhidlərin abidəsini yuyaraq, kompleksin ətrafını təmizləyib, ərazini səliqəyə salıb və gül dəstələri qoyublar. Gənc Könüllülərin bu nəcib aksiyası Şəhidlərin ailələri və şəhər ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.




















































































































































