Məlumat verdiyimiz kimi Şəmkirdəki iri ticarət mərkəzlərinin birində yanğın olub.
“Newpost.az”ın Qərb bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində yerləşən “Səbət Bazarı”nda baş verib.
Hadisə nəticəsində ümumi ərazisi 5 hektar olan bazarın 400 kvadrat metr sahədə olan dönərxana, geyim mağazası və taxta konstruksiyadan ibarət olan ümumi 6 mağaza və köşk yanıb. Xoşbəxtlikdən hadisə iş vaxtı baş verməyib və insanlar az olub.