Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyovla birlikdə işğaldan azad olunmuş rayonlarımıza baş çəkən diplomatlar arasında Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp da var.
“Newpost.az”ın məlumatına görə, səfir səfərlə bağlı tvitter hesabında paylaşımlar edib.
O, ilk paylaşımında Cəbrayılda olduğunu bildirib:
“Bu gün işğaldan azad olunmuş ərazilərdayam. Bu Cəbrayıldır”.
Daha sonra isə səfir Arazın bu tayından İranı salamlayıb: “Salam, İran”.
















































































































































