Rusiyanın paytaxtı Moskva şəhərində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı keçirilib. Paradda Azərbaycan hərbiçiləri də iştirak ediblər.
“Newpost.az” xəbər verir ki, paradda Azərbaycanı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edib.
Azərbaycan Ordusunun 75 hərbçisi ölkəmizdə istehsal olunan “Aztex” hücum tüfəngləri ilə tribunaların önündən keçib.