Bu gün Rusiyadan daha 250 Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi həyata keçirilib.
“Newpost.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Dağıstan Muxtar Respublikasının rəhbəri Vladimir Vasiliev və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında dövlət sərhədindən keçərək vətənə dönən Azərbaycan vətəndaşlarının sayının artırılması barədə razılığ əldə olunub.
Vətəndaşların artıq Samur sərhəd-keçid məntəqəsi vasitəsi ilə Azərbaycan tərəfə keçdiyi bildirilib. Vətənə qayıdan vətəndaşlar koronavirus epidemiyası ilə əlaqədar görülən tədbirlər çərçivəsində bir müddət xüsusi hazırlanmış düşərgədə karantində saxlanılacaqlar.