“Newpost.az” xəbər verir ki, bu açıqlamanı tanınmış fizioterapevt-reabilitoloq həkim Gülay Qurbanzadə özünün “Instagram” sosial şəbəkəsində paylaşıb.
Düşünürəm ki, tez-tez onurğa, boyun ağrıları ilə qarşılaşıb baş ağrısı keçirmisiniz. Bu eynitipli işin yüksək gərginliyi və streslə izah olunur. Bütün bu faktlar “trigerlər”in yaranması, onurğa əyriliyi, nevroloji ağrılar, qan dövranı ilə problemlərə gətirən əzələ disbalansına səbəb olur.
Massaj bu problemin həll yollarından biridir. O, əzələ gərginliyini, əzələnin qan damarlarına təzyini, vertebral yerdəyişmə riskini azaldaraq sizin özünüzü rahat hiss etməyinizə və ağrılarınızın keçməsinə yardımcı olur.
Əhvalı qaldıraraq stresi azaldır. Bu prosedur bizim psixikamıza möcüzəvi təsir göstərir, insanın rahatlamasına kömək edir. Alimlər müəyyən etmişdirlər ki, massaj stres hormonu-kortizolun səviyyəsini salıb, seratonin və dofamini qaldıraraq narahatlıq hissini azaldır. Ona görə də massajı stres, narahatlıq və depressiyanın dərmanı saymaq olar
İmmun sisteminə kömək edir. Daha dərinə getsək, sübut olunubdur ki, 45 dəqiqəlik massaj seansını keçən şəxslərdə limfosidlərin (bədəni xəstəliklərdən qoruyan ağ qan hissəcikləri) artımı müşahidə olunur.
Lakin unutmaq lazım deyil ki, massaj bütün problemlərin həlli deyil. Yalnız müalicəvi gimnastika ilə o inanılmaz nəticələr verərək özünüzü daha yaxşı hiss etmənizə köməklik edə bilər.