Uşaqlara 6 ayından başlayaraq meyvə və meyvə şirələri verməyə başlamaq olar. Lakin meyvə şirəsi meyvəni tam olaraq əvəz edə bilmir.
“Newpost.az” xəbər verir ki, bu açıqlamanı pediatr həkim Elşən Tağıyev özünün instagram sosial şəbəkəsində paylaşıb.
Beləki hətta 100 % təbii şirənin tərkibində belə şəkərin miqdarı kifayət qədər yüksəkdir ki, bu da gələcəkdə artıq çəkiyə (obezitəyə) gəririb çıxara bilər.
Meyvə şirəsi içən zaman qan şəkərinin kəskin qalxıb enməsi müşahidə olunur. Bundan başqa meyvə şirələrinin çox miqdarda qəbul edilməsi dişlərin çürüməsinə ( kariesə) və ishala (todler diareyasına) səbəb olur.
Meyvəni sıxaraq şirə hazırlayan zaman suda həll olan vitaminlər və qida lifləri itkiyə gedir və uşaq bu vacib qida maddələrini ala bilmir.
Bir stəkan meyvə şirəsi əldə etmək üçün ən az 3-4 meyvə lazım olur. Halbuki, meyvənin özü həm uşaqı tox saxlayar, həm uşaq daha az şəkər qəbul etmiş olar, həm də tərkibindəki liflər sayəsində mədə-bağırsaq sisteminin işi yaxşılaşar.
Ona görə də uşaqları sevdikləri meyvə şirələrindən mərhum etmədən onlara daha çox təzə meyvə və tərəvəz məhsulları verin. 1- 6 yaşlı uşqlar gündə ən çoxu 120 – 180 ml meyvə şirəsi içə bilərlər.