Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində yaralılardan bəziləri evə buraxılıb.
“Newpost.az” xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Emil Əliyev, Arif Hüseynov, Musayev Firudin, Simayə Ələzova və Xədicə Şükürzadə evə buraxılıblar”, – deyə qeyd edilib.
TƏBİB-dən qeyd edilib ki, Vüsal Musayevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, hadisə zamanı bir nəfər Aytən Musayeva ölüb, onun qızı Fatimə Musayevanın isə axtarışı hələ də davam etməkdədir.