Bildiyimiz kimi yanvar ayının 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.
Peyvənd vurduran həkimlərimizdən biri də tanınmış oftalmoloq Gövhər Əliyevadır. O, peyvənddən sonra özünü yaxşı hiss etdiyini, hər hansı yan təsirin olmadığını vurğulayıb. Eyni zamanda Gövhər Əliyeva yalnız peyvənd yolu ilə ölkədə pandemiyanın öhdəsindən gəlmək olduğunu qeyd edib.
















































































































































