Şəmkir rayonunda “EcoSafer” MMC-nin məhsullarının təqdimatı baş tutacaq.
“EcoSafer” MMC-dən “Newpost.az”a verilən məlumata görə şirkət Şəmkir rayonu ilə yanaşı ətraf rayonlardan olan sahibkarları və aqronomları 25 iyun 2020-ci il tarixində saat 17:00-da “Excelsior Hotel Shamkir” mehmanxanasında baş tutacaq təqdimata dəvət edir.
Qeyd etmək istərdik ki, təqdimatda “EcoSafer” MMC-yə məxsus substratın, preparatların təqdimatı ilə yanaşı sahibkarları maraqlandıran mövzularla bağlı suallar da cavablandırılacaqdır.