“Koronavirusdan evdə müalicə alan insanlar SMS-lə küçəyə çıxa bilməyəcəklər”.
“Newpost.az” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində vurğulayıb.
O, qeyd edib ki, həmin şəxslərin siyahısı müvafiq qurum tərəfindən Agentliyə təqdim olunduğu üçün buna nəzarət etmək problem olmayacaq.