Gürcüstanın Batumi şəhərində keçirilən Batumi Open 2026 beynəlxalq taekvondo turnirində Abşeron Taekvondo Komandasının idmançıları uğurlu nəticələr əldə ediblər.
Komandamız turniri 2 qızıl, 1 gümüş və 2 bürünc medal ilə başa vuraraq beynəlxalq arenada növbəti uğuruna imza atıb.
Yarışın nəticələrinə əsasən:
* Bayramova Səbrin (Juniors, 52 kq) – I yer (Qızıl medal)
* Ramazanlı Fatimə (Cadets, 55 kq) – II yer (Gümüş medal)
* İsmayıllı Yaqut (Cadets, 33 kq) – III yer (Bürünc medal)
Turnirdə müxtəlif ölkələrdən güclü idmançıların iştirak etməsinə baxmayaraq, Abşeron təmsilçiləri yüksək hazırlıq nümayiş etdirərək ölkəmizi layiqincə təmsil ediblər.
Komandanın baş məşqçisi Rauf Rəhimov idmançıların çıxışını yüksək qiymətləndirərək əldə olunan nəticələrin gələcək beynəlxalq yarışlar üçün böyük motivasiya olduğunu bildirib.
Qeyd edək ki, bu uğur Azərbaycan taekvondosunun beynəlxalq arenadakı nailiyyətlərinə növbəti töhfə hesab olunur.



















































































































































