Paytaxtın Binəqədi rayonunda talama cinayəti qeydə alınıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, zərərçəkən idarə etdiyi “KİA” markalı avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin onu kəsici-deşici alətlə hədələyərək pul vəsaitini ələ keçirdiyi barədə polisə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı T.Binyətov müəyyən edilərək saxlanılıb.